Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada öldü
14 oktyabr 2026 01:49 (UTC +04:00)

Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada öldü

0

Şirvan şəhərində hündürlükdən yıxılaraq ağır xəsarət alan bir yaşlı uşaq xəstəxanada həyatını itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, 2025-ci il təvəllüdlü körpə bir gün əvvəl taxtdan yıxılaraq ağır kəllə-beyin travması alıb.

Azyaşlı kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə təxliyə edilən körpənin həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar