Azərbaycanda 14-cü radio kanalı üçün iki şirkət müraciət edib
21 noyabr 2019 12:05 (UTC +04:00)

Azərbaycanda 14-cü radio kanalı üçün iki şirkət müraciət edib

0

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə müraciət edənlər çox olsa da, hazırda iki şirkətin rəsmi müraciəti qeydə alınıb.

Bu barədə Lent.az-a MTRŞ-nın Hüquq şöbəsinin rəhbəri Nemət Cavadov məlumat verib: “Müraciətlər çoxdur. Hansı sənədlərin lazım olması ilə maraqlanırlar, sənədlərini tamamladıqdan sonra müraciətləri qeydə alınacaq. Müsabiqənin baş tutması üçün ən azı 3 iddiaçı olmalıdır”.

O bildirib ki, müsabiqənin seçim mərhələsində üstünlük maddi-texniki bazası, yaradıcı kadr potensialı və s. şərtləri ödəyən müraciətçilərə üstünlük veriləcək.

Qeyd edək ki, noyabrın 12-dən elan edilən müsabiqə dekabrın 12-də başa çatacaq.

Hazırda Azərbaycanda 13 ümumrespublika radio kanalı fəaliyyət göstərir. Radio kanalına müddətsiz verilən lisenziyanın məbləği 2500 manat təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1311

Oxşar yazılar