"Pul üçün qızlarınızı bədbəxt etməyin" - Nadir Qafarzadə
15 noyabr 2019 18:57 (UTC +04:00)

"Pul üçün qızlarınızı bədbəxt etməyin" - Nadir Qafarzadə

“Demokratiyanı və azadlığı ayaq-baş anlayan cahil, avam bəzi “insancıq”lar, bir az telefondan, serialdan, sosial şəbəkələrdən övladınıza vaxt ayırın”.

Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə 14 yaşlı qızın ana olması xəbərinə münasibət bildirərkən deyib. O, bu barədə sosial şəbəkədə status yazıb:

“Bu uşaqların hər bir hərəkətinə görə vaxt gələcək cavab verəcəksiniz. 12-13 yaşında qız uşağı valideyn məsuliyyətsizliyi ucbatından məhv olur. Günahlar yenə valideyndədir. O qızın kitab-dəftərlə məşğul olan vaxtıdır, uşaq doğmaq yox. Sözüm bir neçə manata qızını satan bəzi valideynlərədir. Cibinizə pul gəlsin deyə, qızlarınızı bədbəxt etməyin. Günahdır, Allah bizi özümüzə qaytarar. Bəziləri üçün qeyrət “qeyri-ət”, mədəniyyət isə “mədə niyyəti” olub”.

# 1913
avatar

Yalçın UĞUR

Oxşar yazılar