Oğurluğa görə tutuldular, keçmişdə törətdikləri də məlum oldu
15 noyabr 2019 18:37 (UTC +04:00)

Oğurluğa görə tutuldular, keçmişdə törətdikləri də məlum oldu

Gədəbəydə oğurluq qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.İsmayılovun və A.Tağıyevin ətraflarında Gədəbəy rayon Polis Şöbəsi əməkdaşları əməliyyat tədbirləri aparıb. Nəticədə onların Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cabbarovla birgə 2018-ci ilin avqust ayının 12-də Parakənd kəndinin ərazisində yerləşən otlaq sahəsindən 4 kənd sakininə məxsus, ümumilikdə 15 baş inəyi oğurlamaları da müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə S.Cabbarov da saxlanılıb.

# 993
avatar

Mehman Nəbiyev

Oxşar yazılar