Ən tez paslanan xarici avtomobillərin adları AÇIQLANDI
12 noyabr 2019 19:31 (UTC +04:00)

Ən tez paslanan xarici avtomobillərin adları AÇIQLANDI


 
 
Avtomobil ekspertləri daha tez paslanan xarici maşınların siyahısını hazırlayıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər reytinqə buraxılış tarixi 5-dən 14-ə qədər olan maşınları daxil ediblər.
 
Məlumata görə, 2006-cı ildən 2010-cu ilədək buraxılan Amerikanın Ford Mondeo avtomobili korroziyaya ən davamlısıdır. Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 5 il istismar müddətində bu maşında demək olar paslanma yaranmır, kiçik fokuslar yalnız altında, çölündə və təkər tağlarında görünə bilər.

Reytinqdə “gümüş” 2005-2008-ci illərdə istehsal olunan Yaponiyanın GG-nin 6 nəslindən olan “Mazda”nın bəxtinə düşüb. Reytinqin liderindən fərqli olaraq, 6 il istismarından sonra bu avtomobildəki "göbələkləri" qanadlarda və qapılarda görmək olar.

Üçüncü sıranı yığımı Avropada aparılan Yaponiyanın birinci nəsil “Nissan Almera” tutur. Bu avtomobillərdə korroziya istismardan artıq 3-4 il sonra ortaya çıxır.

Almaniyanın “Opel Astra”sı dördüncü yerdədir: kifayət qədər yavaş “çürüməsinə” baxmayaraq, illər ərzində demək olar gövdə hissələri zəifləyir.

Antireytinqin lideri Çinin istehsalı olan və 2011-2013-cü illərdə buraxılan Geely Emgrand X7-dir. Onun hissələri istismarın artıq birinci ilində paslanmağa başlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20907
avatar

Oxşar yazılar