Taksidən düşmək istəyən 2 nəfəri avtomobil vurdu
12 noyabr 2019 00:21 (UTC +04:00)

Taksidən düşmək istəyən 2 nəfəri avtomobil vurdu

 

Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Hava Limanı istiqamətində qeydə alınıb.

1989-cu il təvəllüdlü Hüseynov Elxan Əmirxan oğlu və 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu taksidən düşən zaman arxadan gələn minik avtomobili onları vurub.

Yaralılar xəstəxanaya çatdırılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1029
avatar

Oxşar yazılar