
Azərbaycanın bu bölgəsindən Bakıya gəlmək asanlaşdı
Dövlət Avtomobil Nəqliyyatı Xidməti və "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə birgə layihə təqdim edib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Lent.az-a daxil olan məlumata görə, artıq kənd sakinləri paytaxt Bakıya səfər etmək üçün Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinə gələrək bilet əldə etməklə yanaşı, yaşadıqları ərazi üzrə ən yaxın poçt nümayəndəliyinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq bilet əldə edə biləcəklər.
Şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra Zaqatala Beynəlxalq Avtovağzal Kompleksinin operatoru ilə əlaqə saxlanaraq səfərin günü və saatı müəyyən edildikdən sonra sərnişin biletini əldə edə biləcək. Göstərilən xidmət "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində vətəndaşların dövlət xidmətlərindən rahat istifadəsini təmin etmək məqsədilə icra olunur. Layihənin respublikanın digər şəhər və rayonlarında tətbiqinə dair müvafiq işlərə artıq start verilib. Layihə vahid bilet sisteminə keçid prosesinin sürətləndirilməsinə də öz töhfəsini vermiş olacaq.
Oxşar yazılar

Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46
Diplomlarının saxta olduğu deyilən həkimlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 14:31
İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR
4 iyul 2025 , 13:31
Zamin hansı halda ödənişi etməyə bilər? - CAVAB
4 iyul 2025 , 13:15
Bakıya yağış yağacaq - Sabahın havası
4 iyul 2025 , 13:02