1490
11:33
29 Oktyabr 2019

"Sevənlərimi üzdüyümə görə peşmanam" - Fədayə

Bu gün azadlığa çıxan müğənni Fədayə Laçın təəssüratlarını bölüşüb. Lent.az -ın əməkdaşı hazırda müğənninin evindədir. İfaçı sevincini belə bölüşüb:

"Sözlərimi kəlmələrlə ifadə edə bilmərəm. Çox xoşbəxtəm. İndi ancaq sənətimlə məşğul olacam. Sevənlərimi üzdüyümə görə peşmanam. Daha bu cür şeylərdə adım hallanmayacaq. İçəridə olanda ancaq ailə üzvlərimi görmək istəyirdim. Hamısını gördüm. Eyni kamerada olan dostlarımı bundan sonra da gedib yad edəcəm".