
Bakıda həyatını itirən fəhlə ilə bağlı YENİ XƏBƏR
Bakıda tikintidə ölüm hadisəsi baş verib.
Bakı Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, baş verən bədbəxt hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən (Əmək mühafizəsi qaydalarını pozma) cinayət işi başlanılıb. Hazırda faktla bağlı istintaq davam edir.
Qeyd edək ki,hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub.
Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.
Bu barədə ilk xəbəri trend verib.
Oxşar yazılar

Goranboyda "BMW" alışıb yandı
2 iyun 2025 , 20:28
Dəhşətli cinayət: İtləri zorlayan kişilər tutuldu
2 iyun 2025 , 19:33
Astarada tələbə dənizdə boğuldu -YENİLƏNİB
2 iyun 2025 , 19:18
Sumqayıtda FACİƏ: Kişi qonaq getdiyi qadının evində öldü
2 iyun 2025 , 18:54Oyuncaq silahla insanları qorxudan sürücü tutuldu - VİDEO
2 iyun 2025 , 17:32
Mingəçevirdə DƏHŞƏT: dərsdən çıxan məktəbliləri maşın vurdu
2 iyun 2025 , 17:02
Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində HƏBS QƏRARI
2 iyun 2025 , 16:00
Müharibədən qayıdan gənc kitabxana işçisini zorlayıb öldürdü
2 iyun 2025 , 15:19