

Siyahıya alınmayanların sayı nə qədər oldu? - Komitədən həmin şəxslərə MÜRACİƏT
Azərbaycanda əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması dünən başa çatıb.
Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan Azərbaycan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev bildirib ki, bu gündən başlayaraq oktyabr ayının 16-dək təlimatçı-nəzarətçi və sayıcılar ərazilər üzrə nəzarət gəzişləri həyata keçirəcək:

“Eyni zamanda, seçmə qaydada sayıcının işinin keyfiyyəti yoxlanılacaq və evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək.
Ümumiyyətlə, ərazilərdən bizə verilən məlumatlara görə, ölkə əhalisi siyahıyaalma prosesində fəal iştirak edib. Onu da qeyd edim ki, bəzi hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər. Belə olan halda sayıcılar həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edib və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilib. Məktubun yerləşdirilməsində məqsəd ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilib”.
E.Quliyev siyahıyaalınma prosesində iştirak etməyənlərə də müraciət edib:
“Prosesdə iştirak etməyənlərdən xahiş edirik ki, bununla bağlı yaradılan “qaynar xətt” (012) 510-07-89; 539-54-44, 539-80-44) nömrələrimizlə əlaqə saxlayaraq məlumat versinlər".
Komitə sözçüsü son olaraq bildirib ki, siyahıyaalınma barədə ilkin məlumatlar ilin sonunadək açıqlanacaq:
“Sözügedən məlumatların istifadəçilərə tam çatdırılma prosesinin isə 2022-ci ilin sonunadək baş tutması nəzərdə tutulub”.
Qeyd edək ki, əhalinin siyahıya alınmasına hazırlıq dövrü 3 ili əhatə edib və sözügedən proses oktyabrın 1-dən 10-dək davam edib.
Eyni zamanda bildirək ki, ölkədə sonuncu dəfə siyahıyaalınma prosesi 2009-cu ildə baş tutub.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46