12:35
29 Sentyabr 2019

Qadına şiddətə görə üç il həbs olunan, hamıdan on il gizlənən, səkkiz uşaqlı HOLLİVUD ULDUZU

Hələ də onun mavi gözləri və cazibədar görkəmi dünyanın bütün qadınlarını heyran etməkdədir. Bu fikirləri onun yaşlı vaxtını da sevdiyini etiraf edən qadın heyranı deyib.

Söhbət irland əsilli məşhur Hollivud aktyoru, rejissoru və prodüsseri Mel Gibsondan gedir.

Lent.az Mel Gibsonun həyatı barədə maraqlı məlumatları təqdim edir:

Bütün dövrlərin sənət əsəri “Cəsur ürək” filminin rejissorluğuna görə “Oskar” almış Gibsonun qəhrəmanları əsasən alçaldılmış, heysiyyatına toxunulmuş və sonradan qisasını qəhrəmanlıqla alıb şərəfini qaytaran kişi obrazlarıdır. Ya da ədalət uğrunda prinsipial mübarizə aparan cəsarətli və mərd kişilər.

Mel Gibson 1956-cı ildə yanvarın 3-də bir irland katolik ailəsində anadan olub. Ailədki on bir uşaqdan altıncısı idi. Ana yurdunun müqəddəs hamisinin şərəfinə adını Mel Gibson qoyublar.

60-cı illərin əvvəlində Vyetnamda müharibə başlayanda atası Hatton Gibson ailəsini götürüb Avstraliyaya köçür. İstəmirdi ki, onun oğullarını mənasız müharibəyə cəlb etsinlər. Avstraliyada Hatton Gibsonla Anna Gibsonun Mel Gibsondan sonrakı beş uşaqları burda dünyaya gəlib.

Gibsonlar Melin nənəsi, opera müğənnisi Eva Milottun doğulduğu Cənubi Uels ştatının kiçik şəhərciyində yaşayırdılar.

Orta məktəbi bitirəndən sonra Mel jurnalist olmağa hazırlaşırdı. Gözlənilmədən bacısı onun sənədlərini Sidney Milli Teatr İncəsənəti İnstitutuna göndərib. Heç bir aktyorluq təcrübəsi, hazırlığı olmadan Mel dinləmələrə getməli oldu və uğurla keçdi. İş orasındadır ki, dinləmələrə getməzdən əvvəl Mel həyətdə tay-tuşları ilə möhkəm dalaşır. Kastinq-menecerini də maraqlandıran və cəlb edən onun ağzı-burnunun əzilmiş fakturası olub.

Qəbul olandan az müddət sonra Mel səhnədə “Romeo və Cülyetta” tamaşası ilə debüt etdi. 1977-ci ildə isə “Sallivan ailəsi” serialı ilə ekranda, “İsti yay” filmi isə kinoda debütü oldu.

Mel gənc yaşlarından teatrda çox uğurlu olub. Film çəkilişləri ilə paralel klassik tamaşalarda əsas rolları oynayırdı. Məsələn, “Edip” “IV Henrix” kimi.

Kinoda isə xoşbəxt biletini çox gözlətmədi. Tezliklə, Corc Miller onu “Ağılsız Maks” döyüş filmində əsas rola dəvət etdi. Qəhrəmanı gənc yaşlarından və polislik təcrübəsinin ilk günlərindən yerli quldur bandası ilə mübarizəyə qalxır. Bu film prokatlarda 100 milyon dollar qazanıb. Mel bu filmdən ilk ən yüksək qonorarını alıb, 15 min dollar və şöhrət qazanıb.

İki il sonra “Ağılsız Maks”n ikinci hissəsi ekranlara çıxdı. Melin qonorarı bu dəfə iki dəfə artmışdı.

Mel Gibson sənətdə irəlilədikcə anlayırdı ki, yalnız irəli getmək, inkişf etmək gərəkdir. Buna görə də öz kinokopmaniyasını açdı. “Icon Productions”da ilk filmi “Simasız adam” idi. İkinci rejissor işi isə daha uğurlu alındı. “Cəsur ürək” indiyə qədər ekranlardan düşmür. Şotlandların azadlıq mücadiləsinin qəhrəmanı Uilyam Uoellesi özü oynayıb. 1996-cı ildə “Cəsur ürək” 10 nominasiyada “Oskar”a namizəd oldu və yarısını qazandı.

Tarixi dram olan “Patriot” filmi Mel Gibsonun ikinci ən böyük uğuru idi. Bu filmdən sonra aktyor rejissor pultundan ayrılmamağa qərar verdi.

2006-cı ildə ekranlaşdırdığı “Apokalipsis” filminin senarisini də Mel Gibson özü yazıb. Tarixi eposa ikinci müraciəti də maya tayfalarının sivilizasiyandan bəhs edirdi.

2006-cı ildə Gibson az qala karyerasının üstündən xətt çəkəcəkdi. Onun

yəhudilər əleyhinə fikirləri öz əleyhinə işlədi. Bir dəfə yol polisi rol arxasında içkili vəziyyətdə tutanda aktyor onlara qışqırıb bütün müharibələrin səbəbkarı olan yəhudiləri lənətləyib. Nəticədə 10 il gözdən itməli oldu. Yenidən 2016-cı ildə “Vicdanın səsi ilə” qayıtdı. Bu qayıdış “Oskar” və “Qızıl qlobus”un əsas nominasiyaları ilə qarşılandı.

Yeri gəlmişkən, aktyor dəfələrlə içkili vəziyyətdə maşın idarə edərkən tutulub, cərimələnib, hətta sürücülük hüququndan məhrum edilib.

Yəhudilər əleyhinə fikirlərinə görə bir-neçə kinokompaniya onunla müqaviləsinə son vermişdi. Nəhayət, aktyor hamının qarşısında üzr istəməli oldu. Dedi ki, bir anlıq düşüncə qabiliyyətimi itirmişəm, ayıq başla deməzdim.

Şəxsi həyatı

Aktyorluğa təzə - təzə başlayanda, 1970-ci ildə nigah agentliyi vasitəsi ilə tanış olduğu Robin Mur adlı qızla evlənib. Toyları 10 il sonra olub. 7 uşaqları olub, iki qız, beş oğlan. 2009-cu ildə ayrılıblar. Həm də xanımı ayrılmaq üçün ərizə ilə müraciət edib. Az müddət sonra Mel Gibson premyeralarından birinə Oksana Qriqoryeva ilə gəlib. Bir qızları dünyaya gəlsə də onlar ailə ola bilmədilər. Dünyanın ən maraqlı cütlüyü tez bir zamanda ayrılıb. Məhkəmədə uşağı kimin tərbiyə edib böyüdəcəyi məsələsini həll edə bilmirdilər. Həkimlər hətta Oksananın beynin silkələnməsi haqda kağız vermişdilər məhkəməyə ki, onu Mel bu dərəcədə döyüb. Üç il şərti cəza kəsdilər ona, üstəgəl 400 dollar cərimə.

Bununla belə Mel Gibson bu gün şəxsi həyatında özünü xoşbəxt hiss etdiyini deyir. Birlikdə olduğu qız aktrisa və senaristdir – Rozalind Ross.

Birlikdə ikinci dünya müharibəsində baş vermiş Okinava uğrunda döyüşlərdən film çəkməyə hazırlaşırlar.

Dİgər xəbərlər