<span style="color:red;">"Bacım oğlunun səhhəti ağırdı"  - Gülyanaq - <span style="color:red;">VİDEO
26 sentyabr 2019 09:17 (UTC +04:00)

"Bacım oğlunun səhhəti ağırdı" - Gülyanaq - VİDEO

Xar artisti Gülyanaq Məmmədova dünyasını dəyişən bacısının həyat yoldaşından danışıb. Lent.az-ın məlumatına görə, müğənni "Elgizlə İzlə" verilişində bildirib ki, qəzada xəsarət alan bacısı oğlunun səhhəti ağırdır:

"Qəza Yevlax ərazisində baş verib. Maşında bacımın yoldaşı və 4 gənc oğlan olub. Onlardan ikisi bacımın övladı, digər ikisi isə başqa qohumumun uşaqlarıdır. Uşaqların biri hal-hazırda yanımdadır, vəziyyəti yaxşıdır. Amma bacımın kiçik oğlunun səhhəti bir az ağırdır, əməliyyat olunmalıdır. Çiyin sümüyündə problem var. Gənclərdən Turan adlı qohumum sabah əməliyyat olunacaq. Kürəkənimizə görə çox üzgünük. Gözəl insan idi. Onu həmişə özümüzə qardaş bilmişik. Heç kim bilmir sabah başına nə gələcək".

 

# 1380
avatar

Yalçın UĞUR

Oxşar yazılar