
Azərbaycanda unikal ev: həyətin ortasından qaz xətti keçir - VİDEO
Samuxda qaz xətti həyətin ortasından keçir.
Söhbət rayonun Kolayır kəndindən gedir.
Novruz Süleymanova məxsus evin həyətyanı sahəsindən kəndin qaz xətti keçir. İnşaat işlərini başa çatdırmağa mane olan bu hal həyat üçün də tühlükəli sayılır. Ev sahibi deyir ki, qaz xətti həyətyanı sahədən evin tikintisindən əvvəl çəkilsə də, torpaq həmin vaxtda şəxsi mülkiyyətdə olub.
Ev sahibinin sözlərinə görə, qaz xəttinin həyətdən çıxarılması üçün əvvəlcə rayon Qaz İstismar İdarəsinə, daha sonra isə Gəncə Regional Qaz İstismar İdarəsinə müraciət edib. Regional idarədən ev sahiblərinə bildirilib ki, xərclər onun tərəfindən ödənilərsə qaz xətti çıxarıla bilər.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, qaz xətti 1979-cu ildən həmin ərazidədir. Torpaq sahəsinin ayrılması və evin tikintisi isə bundan sonra aparılıb və Qaz idarəsi ilə razılaşdırılmayıb. Xəttin oradan kənarlaşdırılması isə mülk sahibinin hesabına həyata keçirilir. Novruz Süleymanov hətta, 2018-ci il oktyabrın 8-də Gəncə Regional Qaz İstismar İdarəsinə ərizə ilə müraciət edib və xəttin öz vəsaiti hesabına həyətdən çıxarılmasını istəyib. Lakin sonradan hansısa səbəbdən fikrindən daşınıb.
Samux rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsindən isə "Xəzər Xəbər"ə bildirilib ki, vətəndaşın mülkiyyətə dair sənədləri olsa da, orada tikinti aparılması üçün icazə sənədi yoxdur. Bunun üçün heç müraciət də etməyib. Qurumdan o da bildirilib ki, Novruz Süleymanov qaz xətinin kənarlaşdırılması üçün də rayon İcra Hakimiyyətinə müraciət etməyib:"Müraciət olunsaydı, problemin həlli üçün aidiyyəti qurumlarla birgə ona lazımi kömək edilərdi".
(Xezerxeber)
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49
Sabah çimərliklərə hazırlaşanlara ŞAD XƏBƏR
11 iyul 2025 , 13:19