
Bakıda gənc oğlan bıçaqlanaraq çoxlu qan itirib - FOTO
0
0
Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının girişində baş verib.
Belə ki, naməlum şəxslə mübahisə zəmnində 25 yaşlı Ceyhun Hüseynov budundan bıçaqlanıb. O arteriya damarından bıçaqlandığı üçün çoxlu qan itirib. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
0
0