
İstedadlı uşaqlar üçün xüsusi siniflərin sayı artırılır - RƏSMİ
Xəbər verdiyimiz kimi, 2019-2020-ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq.
Lent.az-ın məlumatına görə, bu barədə danışan Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, sözügedən siniflərin təşkili paytaxt məktəbliləri üçün yaradılmış təhsil imkanının, regionlarda da yaradılmasına təkan verəcək:
“Bu məqsədlə oradakı istedadlı uşaqların birgə təhsil ala biləcəyi lisey siniflərin yaradılmasına qərar verdik. Düşünürük ki, istedadlı və çalışqanlığı ilə seçilən şagirdləri bir yerdə toplayaraq, daha keyfiyyətli təhsili təmin etmək mümkündür”.
F.Qarayev bildirib ki, lisey sinifləri təşkil olunacaq yerlər məqsədyönlü seçilib:
“Rayonların ayrı-ayrı zonalarda seçilməsinin səbəbi sırf sözügedən rayona görə deyil. Burada məqsəd lisey siniflərinin əksər region şagirdlərinə əlçatan olmasıdır. Gəncə şəhəri və Quba rayonunda nazirliyin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq”.
Şöbə müdiri əlavə edib ki, lisey siniflərinə qəbul imtahanında iştirak edənlərin sayı 1 000-dən çox olub:
"Nazirin müvafiq əmrinə əsasən, keçən ildən etibarən yerlərdə istedadlı uşaqlar üçün xüsusi siniflərin yaradılmasına başlanılıb. Keçən il bu siniflərin sayı təxminən 60 idi. Bu il isə həmin siniflərin sayı 100-dən çox olacaq".
Qeyd edək ki, lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılır.
Həmçinin lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48