208
15:13
12 Sentyabr 2019

Bakıda qəza: 2 qadın xəsarət aldı

Bakı dairəvi yolunda qəza baş verib.

Lent.az -ın məlumatına görə, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, baş verən avtoqəza zamanı 2 nəfər, 23 və 27 yaşlı qadınlar kəllə-beyin travması alıb və hazırda onlar Kliniki Tibbi Mərkəzə aparılırlar.