
Növbəti sosial evlər satışa çıxarılır: BU DƏFƏ ...
Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.
Bu barədə Lent.az-a MİDA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə (yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin edən vətəndaşlar), həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
Bununla əlaqədar mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşların ilkin razılıq qərarının alınması üçün müraciətlərinin qəbulu davam etdirilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”nda edilən dəyişikliklərə uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:
- ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;
- agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.
Oxşar yazılar

Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə veriləcək
9 iyul 2025 , 11:44
Bu BÜRCLƏRİN həyatında yaxın günlərdə möcüzələr baş verəcək
9 iyul 2025 , 09:09