Bakıda bu tarixi məqbərə DAĞIDILIB
05 sentyabr 2019 10:59 (UTC +04:00)

Bakıda bu tarixi məqbərə DAĞIDILIB

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə Xəzər rayonu Zirə qəsəbəsində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan “Qışlaq yaşayış yeri”nin dağıdılması barədə daxil olmuş məlumat əsasında əməkdaşlarımız abidəyə baxış keçirib”.

Bunu APA-ya Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub: “Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib. Zəruri məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da təqdim olunacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə Kələzağ adlandırılan “Qışlaq yaşayış yeri”ndə qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin dağıdılması ilə bağlı görüntünlər yayılıb.  

# 1081
avatar

Oxşar yazılar