215
23:09
14 Avqust 2019

Ağstafada baş vermiş avtoqəzada sürücü ölüb, sərnişin xəsarət alıb - FOTO

Ağstafada ölümlənəticələnən ağır yol qəzası baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndinəgedən yolda qeydə alınıb.

Beləki, Bakı şəhər sakini 34 yaşlı Zaur Həsənov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil"KamAZ" markalı yük maşınınaçırpılıb. Nəticədə sürücü Z.Həsənov hadisə yerində dünyasını dəyişib. Xəsarət almış sərnişin 34 yaşlı Orxan Qurbanov isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.