Həbsdə ölən  sabiq icra başçısının  binası satışa çıxarıldı
19 sentyabr 2026 10:17 (UTC +04:00)

Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı

0

Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.

Lent.az qafqazinfo.az-a istinadla bildirir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.

İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.

Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.

Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar