Şirvanda xüsusi ƏMƏLİYYAT:  İki silahlı şəxs saxlanıldı
13 avqust 2019 14:04 (UTC +04:00)

Şirvanda xüsusi ƏMƏLİYYAT: İki silahlı şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları  üzərilərində qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirib.
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhər sakini  Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış zaman 1 ədəd “Kalaşnikov”  tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.
 
Baş idarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb. 
 
Hər 2 faktla bağlı baş idarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773

Oxşar yazılar