511
15:08
22 İyul 2019

"Həddindən artıq olanda üzümü çevirirəm..." - Əməkdar artist

"Ziyarət xanımıyam, 4 ildir ancaq gedirəm. Xaricə gəzməyə getmirəm, ancaq müqəddəs yerləri gəzirəm. Buna görə də geyimim qapalı olub". Lent.az -ın məlumatına görə, bu sözləri Əməkdar artist Firuzə İbadova "X maqazin"ə açıqlamasında deyib. Müğənni açıq-saçıq geyinənlərdən söz açıb. O bildirib ki, açıq libası xanıma yaraşdırmır:

"Sevmirəm, həddindən artıq olanda üzümü çevirirəm. Açıq geyinən çox istədiyimi görəndə, görməməyə çalışıram. Ürəyimdə deyirəm ki, heyif. Çünki elə olanda simadakı bütün gözəllik itir".