<font color=red>&#174; </font>Azərbaycan Beynəlxalq Bankından sahibkarlar  üçün daha bir imkan
19 iyul 2019 15:08 (UTC +04:00)

® Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün daha bir imkan

Azərbaycan Beynəlxalq Bankı sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyətinə dəstək məqsədilə “Sahibkart” məhsulundan istifadə imkanlarını asanlaşdırıb. İndi hər bir fərdi sahibkar Azərbaycan Beynəlxalq Bankının onlara özəl hazırladığı kart məhsulu - “Sahibkart”ı əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər.

“Sahibkart” plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri “Sahibkart”la hesabını çox asan şəkildə idarə edə bilər. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar. Sahibkarlar bu kartlarla indi Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən, yaxud bankın xidmət ofislərindəki POS terminallarından bir ay ərzində 15 min manata qədər vəsait nağdlaşdıra bilərlər.

Azərbaycan Beynəlxalq Bankının digər plastik kartlarında tətbiq olunan İnternet Bank xidmətinə “Sahibkart”la da qoşulmaq mümkündür. “Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov deyib: “Xüsusilə kiçik və orta sahibkarlar “Sahibkart”ın üstünlüklərindən faydalanaraq vaxt itirmədən hesablarındakı vəsaitdən həm nağd, həm də nağdısz qaydada istifadə edə biləcəklər. Kiçik və orta sahibkarlarımızı filiallarımızdan “Sahibkart” əldə edib bu imkanlardan yararlanmağa çağırırıq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

# 810
avatar

Oxşar yazılar