
Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanın nəticələri məlum oldu
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul olmaq üçün iyulun 14-də keçirilən imtahanın nəticələrini elan edib.
DİM-dən Lent.az-a verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına (https://eservices.dim.gov.az/2019/netht_hl/?frm=egov) daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 86 abituriyentdən 2 nəfər imtahanda iştirak etməyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi liseylərinə qəbul imtahanının nəticələri də yaxın günlərdə elan olunacaq.
Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15