Əməkdar artist Nüşabə Ələsgərli sosial şəbəkədə dünyasını dəyişmiş anasından yazıb.
Lent.az-ın məlumatına görə, anasının videosunu paylaşan müğənni düşüncələrini bu cür dilə gətirib: "Ad günün mübarək, əziz anam. Balalarının, nəvələrinin başına pərvanə kimi dolanıb yanan, anam. Kaş o günlər olaydı. Özün qızından iki ay tez o dünyaya getdin ki, balan qorxmasın? Əllərini göyə açıb, Allahdan istədin ki, mənə balalarımın pis gününü göstərmə. Allah səni eşitdi. Görmədin balanın pis gününü. İki ay sonra getsəydin necə olardı? Sağlam idin... Ruhun cavan idi... Heyf, mənim ən vəfalı dostum, sevgim, sirdaşım. Doymadım səndən. Bir onu bilirsən ki, dörd ildə bir gün də olsa, unutmadım səni. Nə qədər sağam ürəyimdəsən. Dünyanın rəngini gözümdə dəyişən anam".