
Damarlarımız hansı təzyiqə dözə bilmir? - HƏKİMDƏN XƏBƏRDARLIQ - VİDEO
Bütün dünyada olduğu kimi, Azərbaycanda da ölümlərin 50 faizdən çoxu ürək və damar xəstəlikləri ilə bağlıdır. Əgər il ərzində ölkədə yol qəzaları, xəstəliklər səbəbindən 55 minə yaxın insan itkisi olursa, bunun 32 minə yaxını ürək və damar xəstəliklərindən qaynaqlanır.
Bunu e-tibb.az-a video açıqlamasında invaziv kardioloq, Mərkəzi Klinik Xəstəxananın Kardiologiya şöbəsinin müdiri, dosent Firdovsi İbrahimov deyib.
Onun sözlərinə görə, bu ölümlər infarktlar, ürək damarlarında tutulmalar, bunlarla bağlı beyin damarlarında yaranan problemlər, böyük damarların yırtılması nəticəsində baş verir: “Bu problemlərə ciddi yanaşmaqla həmin sayı azalda bilsək, məsələn, 32 min ölüm sayını 26-27 minə endirə bilsək, böyük uğur qazanmış olarıq”.
F. İbrahimov bu problemlərin səbəbləri barədə danışaraq deyib ki, ilk növbədə tütündən imtina etmək, təzyiqi, qanda şəkər, xolesterin səviyyəsini daim nəzarətdə saxlamaq lazımdır: “Təzyiq 135-85-dən yuxarı olmamalıdır. Yuxarı təzyiqin tədricən çox ciddi fəsadları ortaya çıxır. Bizim damarlarımız 135-85-dən yuxarı təzyiqə dözə bilmir. Təzyiqin yuxarı olması infarkt, insult, damarların yırtılması, böyrək çatışmazlığı kimi böyük fəsadlara səbəb olur”...
Oxşar yazılar

Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25