
Uşaqlar Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya gəliblər - FOTO
Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin bir qrup sakini Rusiya Uşaq Fondunun 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi bayram tədbirlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iştirak edir.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsindən 70 il ötür. Rusiya Uşaq Fondu bu münasibətlə ölkənin müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən 10 min uşağı Moskvaya dəvət edib. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin sakinləri Rusiya paytaxtının qonağıdırlar. Bir neçə gün ərzində uşaqlar Moskvanın məşhur teatrlarının onlar üçün hazırladığı tamaşalara baxacaq, Kremldə, muzeylərdə, heyvanxanada olacaqlar.
Bayram proqramının təntənəli açılış mərasimi isə Rusiya Böyük Teatrında keçirilib. Uşaqlar teatrlaşdırılmış konsert proqramına tamaşa ediblər. Tamaşadan əvvəl Rusiya Uşaq Fondunun rəhbəri Albert Lixanov Prezident Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Uşaq Fondunun və Uşaq Fondları Beynəlxalq Assosiasiyasının prezidenti Albert Lixanov AZƏRTAC-ın müxbirinə müsahibəsində Heydər Əliyev Fondunun uşaqların müdafiəsi sahəsində Azərbaycanda həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun Azərbaycanda kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğısı barədə çox eşitdiyini vurğulayan Albert Lixanov deyib: “Bilirəm ki, Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Ölkənizdə hər şey insanların rifahı, firavanlığı naminə edilir. Uşaqlara, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın səyləri sayəsində böyük diqqət ayrılır. Zənnimcə, bu, çox vacibdir”.
Nizami rayonundakı 1 saylı uşaq evinin nümayəndəsi Rövşən Məmmədov uşaqların Moskvada keçirilən maraqlı bayram proqramında iştirak etməsi üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O qeyd edib ki, uşaq evinin sakinləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tez-tez dünyanın bir çox ölkələrinə səfərlər edirlər. Uşaq evində tərbiyə alan balacalar bu günlərdə Türkiyədə keçirilmiş beynəlxalq festivalın və Rusiyanın Volqoqrad şəhərində təşkil edilən tədbirlərin də iştirakçısı olublar.
Oxşar yazılar

5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26