
Çingiz Abdullayevin yeni kitabı fransız oxuculara təqdim olunub
Fransada fəaliyyət göstərən ‘’Kapaz’’ nəşriyyat evinin fransız dilinə tərcümə etdiyi və bu ölkədə yenicə nəşr etdiyi Çingiz Abdullayevin ‘’Şübhəsiz Metamorfoz’’ kitabının
Strasburqda təqdimat mərasimi keçirilib.
ONA xəbər verir ki, müəllifin iştirakı ilə keçirilmiş bu mərasim çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevin Fransadakı oxucuları ilə görüşü təşkil edilib. Tədbir iştirakçıları arasında Strasburq universitetinin professor heyətinin üzvləri, Avropa institutları əməkdaşları, yerli ictimaiyyət təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri olublar.
Təqdimat mərasiminin moderatoru vəkil və professor Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra açılış sözü ilə Azərbaycan Respublikasının Avropa Şurası
yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edib.
Fəxrəddin İsmayılov əvvəlcə ‘’Kapaz’’ nəşriyyat evinin Azərbaycan ədəbiyyatının fransızdilli oxuyuculara tanıdılması sahəsində həyatı dəyərli fəaliyyəti təqdir edib və Xalq yazıçısı Çingiz Abdullayevin növbəti kitabının Fransada nəşrinin qürur və sevinc mənbəyi olduğunu qeyd edərək, onun Azərbaycanın dünya miqyasında tanıdılmasına verdiyi önəmli dəstək və töhfədən bəhs edib.
Çingiz Abdullayevin zəngin tərcümeyi-halı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş moderator Tyeri Edmond daha sonra yazıçıya onun yaradıcılığının müxtəlif aspektləri barədə suallar verib. İnteraktiv müsahibə formatında keçirilmiş təqdimat mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Müsahibənin ardınca ‘’Kapaz’’ nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunmuş ‘’Şübhəsiz Metamorfoz’’ kitabının imzalanma mərasimi keçirilib və yazıçı həmçinin onların çoxsaylı fərdi suallarını cavablandırıb.
Sonda “Balkan 7/8 Trio” qrupunun hazırladığı, Azərbaycan və Balkan musiqilərindən ibarət konsert proqramı olunub.
Qeyd edək ki, Çingiz Abdullayevin Fransada çap edilmiş sayca səkkizinci kitabını - “Şübhəsiz Metamorfoz’’u Fransanın əksər bölgələrindəki kitabxanalardan, habelə internet vasitəsi ilə əldə etmək mümkündür.
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55