![[b]SOCAR-da YENİ RƏHBƏR ŞƏXSLƏR təyin olundu[/b]](https://lent.az/storage/news/2019/may/03/big/6f8ab27f4013f2ffdcce277532af323a.jpg)
[b]SOCAR-da YENİ RƏHBƏR ŞƏXSLƏR təyin olundu[/b]
SOCAR-ın müəssisələrində yeni rəhbər şəxslər təyin olunub. Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov təqaüdə çıxıb və onun yerinə "Kompleks Qazma İşləri" Trestinin (KQİT) rəisi İskəndər Şirəli təyin olunub. KQİT-in müdiri vəzifəsinə isə SOCAR-ın baş ofisinin Qazma şöbəsinin rəisi Əliş Həsənov təyin olunub.
SOCAR-dan ONA-ya verilən məlumata görə, "Azneft" İstehsalat Birliyində (İB) bir sıra təyinatlar baş tutub. Belə ki, İB-in "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsinə (NQÇİ) Ayaz Bağırov, H.Z.Tağıyev adına NQÇİ-nə Fəxri Haqverdiyev, "Bibiheybətneft" NQÇİ-nə Salman Əliyev, Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrinə Xaliq Şəfiyev təyinat alıblar.
"Azneft"in baş mühəndisi – baş direktorun birinci müavini vəzifəsinə isə Rövşən Qarayev gətirilib.
"Azneft" İB-nin "Siyəzənneft" NQÇİ-nin yeni rəisi Ayaz Bağırov daha öncə bu idarədə baş mühəndis, H.Z.Tağıyev adına NQÇİ-nin yeni rəisi Fəxri Haqverdiyev daha öncə "Bibiheybətneft" NQÇİ-nin rəisi, "Bibiheybətneft" NQÇİ-nin yeni rəisi Salman Əliyev daha öncə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi, Qaz anbarlarının istismarı idarəsinin yeni rəisi Xaliq Şəfiyev daha öncə N.Nərimanov adına NQÇİ-nin rəisi, Birliyin yeni baş mühəndisi – baş direktorun birinci müavini Rövşən Qarayev isə daha öncə Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində çalışıblar. Eyni zamanda, İB-nin keçmiş baş mühəndisi – baş direktorun birinci müavini olan Balamirzə Ağarəhimov hazırda SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidentinin müavini vəzifəsinə çalışır.
Qeyd edək ki, "Azneft"in N.Nərimanov NQÇİ, eləcə də SOCAR-ın baş ofisinin Qazma şöbəsinə rəislər hələlik təyin olunmayıb.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06