![[b]Prezident Niderland kralını, CAR və Syerra-Leone prezidentlərini təbrik edib[/b]](https://lent.az/storage/news/2019/april/26/big/3ad43240c18a72616fdeb5e95ab253c8.jpg)
[b]Prezident Niderland kralını, CAR və Syerra-Leone prezidentlərini təbrik edib[/b]
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kralı Əlahəzrət Villem-Aleksanderi bu ölkənin milli bayramı – Kral Günü münasibəti ilə təbrik edib.
ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Əlahəzrət,
Ölkənizin milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Prezident İlham Əliyev həmçinin Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bionu bu ölkənin milli bayramı – Müstəqillik Günü, Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı həmin ölkənin milli bayramı – Azadlıq Günü münasibətilə təbrik edib.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48