896
10:47
29 Mart 2019

Xalq artistimizdən gözlənilməz qərar - Getdi...

Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədən uzaqlaşmaq qərarına gəlib. Lent.az -ın məlumatına görə, aktrisa bu barədə instaqramda yazıb:

“Əzizlərim, bu, son paylaşımımdır. Uzaqlaşmaq istəyirəm, iyrəndim artıq. İzləyicilərimdən üzr istəyirəm. Artıq instaqramda baş verən biabırçılıqlara, özbaşınalıqlara əsəblərim dözmür. Xalqın bəzi üz qaralarının instaqramda at oynatması, əlimdən xəta çıxara bilər. Görüşənədək. Xalq artisti olaraq müvafiq qurumlardan xahişim budur ki, mənəvi əxlaqsızlığa son qoyulsun”.