Kinostudiyada Tofiq Tağızadənin “evi" olacaq
11 mart 2019 13:08 (UTC +04:00)

Kinostudiyada Tofiq Tağızadənin “evi" olacaq

Martın 14-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olacaq.

Bu barədə Lent.az-a “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov məlumat verib.

Bildirib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Qeyd edək ki, bu il yanvarın 24-də Prezident İlham Əliyev görkəmli rejissorun 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bununla əlaqədar tədbirlər planının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

 

# 1118
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar