190
10:22
09 İyul 2018

Bu da Zamiqin Dua Lipadan oğurladığı klipi - VIDEO

Müğənni Zamiq Hüseynov "Varmı" mahnısına çəkdirdiyi klipini izləyicilərinin ixtiyarına verib. Lent.az -ın məlumatına görə, ekran işi sənətçinin "Youtube" kanalında yerləşdirilib.


Zamiq klipdəbir neçə obrazda, qızların əhatəsindəgörünüb. İfaçı obrazı üzərində özü çalışıb. O bildirib ki, ilk dəfəstilistlik edib.

Ekran işinin rejissoru Fərhad Əlidir. Mahnının musiqisi və sözləri İsmayıl Əsədova, aranjimanı isə Tural Əliyevə məxsusdur.

Z.Hüseynovun klipdəki obrazı ətrafında səs-küy yaranıb. Belə ki, o, dünya ulduzu Dua Lipanın “İdgaf” klipindən oğurluq edib. Hər iki klipdə ifaçılar göy kostyumda kamera qarşısına keçiblər.