“American Idol” şousunun səhnəsində amerikalı tanınmış müğənni Ketti Perrinin şalvarı cırılıb.
Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, hadisənin görüntüsü “Entertainment Tonight” nəşrinin “YouTube” kanalında yayılıb.
Görüntüdə müğənni qəfil divandan qalxaraq, gülməyə başlayır və cırılmış şalvarını auditoriyaya göstərir.