Azərbaycanlı müğənni Roza Zərgərli "Azərkitab" kitab-mərkəzində "Sibir çiçəyi" adlı kitabının imza gününü keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın nüfuzlu incəsənət xadimləri, eləcə də, Karaçay-Çərkəz Respublikasının xalq şairi, Rusiya "Lermontov" komitəsinin həmsədri Askar Doduyev və Müasir Humanitar İnstitutunun direktoru Aliy Atabiyev də iştirak ediblər.
Roza Zərgərlinin sözlərinə görə, sözügedən kitab müxtəlif dillərdə çap olunacaq. O, "Leyli və Məcnun" adlı yeni romanının hazırlığında olduğunu da bildirib.
Gecənin sonunda xalq şairi Askar Doduyev müğənniyə məşhur balkar şairi Kaysin Kuliyevin adına təsis olunan medalı təqdim edib. Atabiy ise Roza Zergərlini Qafqazın elm, mədəniyyət, biznes və təhsil diplomu ilə təltif edib.