İran bu gecə İsrailə hücum edəcək : Tramp
05 avqust 2024 00:00 (UTC +04:00)

İran bu gecə İsrailə hücum edəcək: Tramp

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp deyib ki, İran bu gecə İsrailə hücum edə bilər.

Amerikalı onlayn yayımçı Adin Ross ilə söhbətində siyasətçi bir daha əmin edib ki, əgər o, prezident olsaydı, bu baş verməzdi.

Lent.az bildirir ki, bu barədə “Israel National News” yazır.

"Eşitdim ki, İran bu gecə İsrailə hücum edəcək. Onlar bu gecə hücuma məruz qalacaqlar, indi sizə deyirəm. Əgər mən prezident olsaydım, heç kim hücumdan danışmazdı, çünki bu baş verməzdi", - Tramp deyib.

İran İsrailə zərbə endirməyə hazırlaşır

Xatırladaq ki, İran İsraili HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlində ittiham edir. Buna görə qisas təhdidləri səbəbindən ölkə və müttəfiqləri mümkün hücuma hazırlaşır.

Qərb mətbuatının yazdığına görə, Amerika Birləşmiş Ştatları tərəfdaşları ilə birlikdə Tehranın sərt cavab verməməsinə çalışıb, lakin onlar bu çağırışları rədd ediblər.

“Axios” yazır ki, ABŞ dövlət katibi Antoni Blinken G7 xarici işlər nazirləri ilə görüşdə İran və “Hizbullah”ın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar