“Qarabağ”ın 7 qol vurduğu klubun baş məşqçisi QOVULDU
15 avqust 2024 11:23 (UTC +04:00)

“Qarabağ”ın 7 qol vurduğu klubun baş məşqçisi QOVULDU

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində öz evində “Qarabağ”a 2:7 hesabı ilə məğlub olan “Ludoqorets”in baş məşqçisi Georgi Dermendjiev klubdan qovulub.

Lent.az Bolqarıstan mediasına istinadla bildirir ki, buna səbəb klubun böyük hesabla “Qarabağ”a məğlub olmasıdır.

Bildirilir ki, “Ludoqorets”in dünənki məşqinə Zahari Sirakov rəhbərlik edib.

“Ludoqorets”in ikinci komandasına rəhbərlik edən Sirakov Bolqarıstan çempionuna bir həftə rəhbərlik edəcək. O, "Levski" ilə derbidə çempionları idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" "Ludoqorets"i ümumi 8-4 hesabla məğlub edərək, növbəti mərhləyə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4317
avatar

Oxşar yazılar