Avropada yeni ölümcül virus  yayıldı
15 avqust 2024 17:51 (UTC +04:00)

Avropada yeni ölümcül virus yayıldı

Cənubi Amerikada yayılan və peyvəndi hələ tapılmayan Oropuşe qızdırması Avropaya da çatıb. Artıq 19 yoluxma halı qeydə alınıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, son iki ayda Avropa sakinlərindən 19 nəfərdə ölümcül virus aşkarlanıb. İspaniyada 12, İtaliyada 5 və Almaniyada 2 hadisə qeydə alınıb. Virus Latın Amerikasından dünyaya yayılıb.

İndiyədək ən çox yoluxma Braziliyada qeydə alınıb, lakin virus Boliviya, Kolumbiya, Peru və Kubada da yayılmağa başlayıb.

Xəstəliyin əsas əlamətləri qızdırma, səpgi, baş ağrısı, əzələ və oynaq ağrılarıdır. Bəzən xəstələr ishal, ürəkbulanma və qusma, həmçinin işığa həssaslıqdan şikayət edirlər.

Avropada yoluxan ilk şəxs Kubaya iki həftəlik səfərdən sonra mayın sonunda Veronaya qayıdan 26 yaşlı italyan qadın olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar