Bir günə 3 qadını  ərləri öldürdü
15 avqust 2024 18:04 (UTC +04:00)

Bir günə 3 qadını ərləri öldürdü

Türkiyədə ötən sutka ərzində 3 qadın öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisələr İstanbul və Ankara şəhərlərində baş verib.

Stanbul Küçükçekmece adlanan ərazidə bir kişi küçədə arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqla qadına xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

Bağçılar adlanan ərazidə evlərdən birində İ. Ç. və K. Ç. arasında naməlum səbəbdən münaqişə yaranıb. Nəticədə İ.Ç. arvadını bıçaqlayaraq öldürüb. Cinayətkar polis tərəfindən saxlanılıb.

Digər hadisə isə Ankara şəhərinin Mamak qəsəbəsində baş verib. B.B. və boşanma ərəfəsində olduğu arvadı Z.B. avtomobildə dalaşıblar. Bu zaman B.B. əvvəlcə arvadını, sonra isə eyni silahla özünü vuraraq öldürüb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822
avatar

Oxşar yazılar