Şabranda kişi özünü asdı:  maddi durum, spirtli içki...
15 avqust 2024 19:32 (UTC +04:00)

Şabranda kişi özünü asdı: maddi durum, spirtli içki...

Şabranda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə səhər saat 6 radələrində şəhər ərazisində baş verib. 45 yaşlı R. Xəlilov yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

Məlumata görə, mərhum maddi durumunun pis olduğu və mütəmadi spirtli içki qəbul etdiyi üçün özünə qapanıb. Onun bu səbəbdən özünü öldürdüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552
avatar

Mehman Nəbiyev

Oxşar yazılar