İki ay əvvəl Kürdə batanların meyitləri tapıldı  - YENİLƏNİB
15 avqust 2024 16:39 (UTC +04:00)

İki ay əvvəl Kürdə batanların meyitləri tapıldı - YENİLƏNİB

İki ay əvvəl Kür çayının Tovuz rayonundan keçən hissəsində batan ikinci şəxsin də meyiti tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan ikinci şəxs - 36 yaşlı Sadıqov Elxan Sakit oğlunun meyiti avtomobilin çaya düşdüyü yerdən təxminən 7 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14 avqust 2024  Saat:15:41

İki ay əvvəl Kür çayında batan iki nəfərdən birinin meyiti tapılıb.

Lent.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Oxşar yazılar