Azərbaycanlı futbolçunun xanımı və qızı Rusiyada kafe açdı
15 avqust 2024 12:39 (UTC +04:00)

Azərbaycanlı futbolçunun xanımı və qızı Rusiyada kafe açdı

Azərbaycan əsilli rusiyalı gimnast Lalə Kramarenko dizayner anası ilə birgə qəhvəxana açıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, müxtəlif nüfuzlu mükafatlar almış rusiyalı bədii gimnastı Lalə Kramarenko öz şəxsi biznesini qurmağa həvəs göstərib. Çempion xanım Moskvanın Leninqradski prospektindəki yaşayış kompleksində iaşə obyekti açıb.

Lalə və onun əkiz bacısı Diana azərbaycanlı futbolçu Dmitri Kramarenkonun ailəsində doğulublar. Anaları, İrina Kramarenko, gəncliyində biatlonla məşğul olub.

Qızları dünyaya gəldikdən sonra İrina idmandan imtina edib və interyer dizayneri peşəsinə sahiblənib. İndi özünü restoran biznesində sınamaq qərarına gəlib və qızı ilə ortaq olaraq kafe açıb.

Dmitri Kramarenko hazırda Azərbaycanda və Rusiyada futbol məşqçisi kimi fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 70251
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar