“Barselona”nın ən gənc oyunçusunun atası bıçaqlandı
15 avqust 2024 16:59 (UTC +04:00)

“Barselona”nın ən gənc oyunçusunun atası bıçaqlandı

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamalın atası Mounir Nazraoui bıçaqlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Mataro şəhərində naməlum şəxs avtomobil dayanacağında Nazraouiyə hücum edib. Yaralı San Ruti xəstəxanasına aparılıb.

Polis hadisəni araşdırır.

Lamin Yamal “Barselona”nın yetirməsidir. Futbolçu İspaniya və Avropa çempionudur. Avro 2024-də yarımmüdafiəçi turnirin ən yaxşı gənc oyunçusu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar