"Casablanca Travel" şirkətinin rəhbəri buna görə həbs edilib - Polisdən AÇIQLAMA
15 avqust 2024 15:56 (UTC +04:00)

"Casablanca Travel" şirkətinin rəhbəri buna görə həbs edilib - Polisdən AÇIQLAMA

Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən “Casablanca Travel” MMC-nin təsisçi-direktoru Xəyal Həmidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, X.Həmidov ayrı-ayrı vətəndaşlara müxtəlif ölkələrə turların təşkili vədlərini verərək onların ümumilikdə 42 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

saat 13:44

"Casablanca Travel" turiz şirkətinin rəhbəri Xəyal Həmidovun həbs edilməsi ilə bağlı xəbərlər yayılıb.

Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, o, müştərilərin və subagentlərin etibarından sui istifadə edərək, onlara yüz minlərlə manat dəyərində zərər vurub. 

Şikayətçilər qeyd edirlər ki, müştərilərdən aldığı məbləğləri şəxsi məqsədləri üçün istifadə edən Xəyal Həmidov tur operatora ödəniş etməyib.

Xəyal Həmidov

"Müştərilər turların pulunu veriblər, uçuş vaxtı gələndə gediblər aeroporta ki, bilet yoxdu, otel yoxdu. 

Summer, Kompas, Pasha Travel kimi operator şirkətlərin saxta vauçerlərini çap edib müştərilərə göndərib. 

Saxta nömrələr, saxta kodlar, saxta aviabiletlər" - bunu isə sosial şəbəkələrdə "Casablanca Travel"lə əməkdaşlıq etmiş şəxslərdən biri olan İlkin Rüstəmzadə yazıb.

"Adam faktiki dələduzluq və sənəd saxtakarlığı cinayətlərini təkrar-təkrar törədib. Barəsində onlarla şikayət var" - deyə, İlkin Rüstəmzadə bildirib.

Sosial şəbəkələrdə Xəyal Həmidovun artıq həbs edildiyi bildirilir. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Oxşar yazılar