Azərbaycanda hamilə qadını  İLAN SANCDI
15 avqust 2024 15:09 (UTC +04:00)

Azərbaycanda hamilə qadını İLAN SANCDI

İlan saçması nəticəsində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 7 aylıq hamilə qadının həyatı xilas edilib.

Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, ilan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı,7 aylıq hamilə qadın Ağstafa rayonundan TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

Daha sonra xəstə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və paralel olaraq Reanimasiya və Ginekologiya şöbələrinin dəstəyi ilə pasiyentin intensiv müayinə və müalicəsi həyata keçilib. Artıq pasiyentin vəziyyəti stabilləşib və həyatı təhlükəsi geridə qalıb.

Hazırda Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

Bir 4 nəfər, xəstəxana və mətn şəkili ola bilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Fidan İlqar

Oxşar yazılar