“Real”ın tarixində ən çox mükafat alan  futbolçu oldu
15 avqust 2024 14:10 (UTC +04:00)

“Real”ın tarixində ən çox mükafat alan futbolçu oldu

"Real"ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubunun tarixində ən titullu futbolçu olub.

Lent.az xəbər verir ki, ötən gün “Real” “Atalanta”ya qalib gələrək (2:0) UEFA Superkubokunu qazanıb. 76-cı dəqiqədə meydana çıxan 38 yaşlı xorvatiyalı üçün bu, onun Madrid klubu ilə 27-ci tituludur.

Modricin “Real”da komanda titulları:

• İspaniya çempionu (4): 2016/17, 2019/20, 2021/22, 2023/24;

• Kral Kuboku (2): 2013/14, 2022/23;

• İspaniya Superkuboku (5): 2012, 2017, 2019/20, 2021/22, 2023/24;

• UEFA Çempionlar Liqası (6): 2013/14, 2015/16, 2016/17, 2017/18, 2021/22, 2023/24;

• UEFA Superkuboku (5): 2014, 2016, 2017, 2022, 2024;

• Klublararası dünya çempionatı (5): 2014, 2016, 2017, 2018, 2022.

Kubokların sayına görə Modriç bu yay Madrid klubundan ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-Kadisiyyə"sinə keçən Naço Fernandesi geridə qoyub. Onun 26 kuboku var ki, bu da müdafiəçi Dani Karvahalla eynidir. Bu göstəriciyə görə ilk 5-likdə “Real”la 25 kubok qazanan Kərim Benzema və Marselo da var.

Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, Madrid klubu üçün 535 oyun keçirib, 39 qol vurub və 86 məhsuldar ötürmə edib. Bu mövsüm xorvatiyalı oynadığı oyunların sayına görə klub tarixinin ən yaxşı 10 futbolçusunun siyahısına daxil ola bilər.

Avqustun 18-də “Real” La Liqada mövsümün açılışını səfərdə “Malyorka” ilə keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462
avatar

Oxşar yazılar