Poçettino ABŞ millisinin baş məşqçisi olmaq istəyir
15 avqust 2024 11:47 (UTC +04:00)

Poçettino ABŞ millisinin baş məşqçisi olmaq istəyir

"Çelsi", "Sauthempton" və "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino ABŞ millisinə rəhbərlik etməyə hazırdır.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, argentinalı mütəxəssisin son iş yeri 2023-cü ilin yayından 2024-cü ilin mayına kimi çalışdığı Londonun “Çelsi” klubu olub. Bu müddətdə onun rəhbərliyi altında bütün yarışlarda 51 görüş keçirən mavi-qaralar 27 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib və 14 dəfə məğlub olub.

Poçettino əvvəllər peşəkar məşqçilik karyerasında heç vaxt milli komandanı idarə etməyib. O, İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, eləcə də Fransanın Paris Sen-Jermen klublarına rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Oxşar yazılar