Ər səhər tezdən  arvadını bıçaqlayıb qaçdı - Azərbaycanda
15 dekabr 2022 09:43 (UTC +04:00)

Ər səhər tezdən arvadını bıçaqlayıb qaçdı - Azərbaycanda

Gəncədə ər arvadını bıçaqlayıb.

Lent.az-ın məlumatına görə, hadisə səhər saat 8 radələrində baş verib. 44 yaşlı şəhər sakini Süleymanov Zaur Hidayət oğlu arvadı 42 yaşlı Süleymanova Aytən Məmməd qızı ilə mübahisə edib.

Mübahisə zamanı ər arvadına  çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda Z. Süleymanovun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

# 2847
avatar

Mehman Nəbiyev

Oxşar yazılar