Ana xəstəliklə doğulan 4 yaşlı oğlunu boğub öldürdü
09 may 2025 14:43 (UTC +04:00)

Ana xəstəliklə doğulan 4 yaşlı oğlunu boğub öldürdü

Ukraynanın Ternopil bölgəsində qadın 4 yaşlı oğlunu qətlə yetirib. 

Lent.az xəbər verir ki, bu barədə Ternopil Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, patologiya ilə doğulan oğlanın ağır xəstəlik səbəbindən xüsusi daimi qayğıya ehtiyacı olub. Lakin ana 4 yaşlı oğlunu bir neçə gün nəzarətsiz qoyub. 

Ekspertizanın rəyinə görə, uşağın ölümü burun-ağız dəliklərinin bağlanması nəticəsində yaranan mexaniki asfiksiya nəticəsində baş verib.

Ana saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar