“28 May” metrostansiyasının və Dəmir yol vağzalının qarşısındakı ərazidə aparılan təmir işləri aylar öncə bitmişdi. Lakin görünən odur ki, yenə də döşəmələrin söküntüsü və təmiri aparılır.
Bu təmir nə üçündür və nə zaman bitəcək?
Lent.az-ın sorğusuna sözügedən ərazidə təmir işləri aparan podratçı şirkətdən bildirildi ki, ərazi təbii daşlarla döşənib. Bərkidilmə müddətinə riaət edilmədiyindən bəzi yerlərdə daşların təkrar bərkidilməsinə və digər zəruri korreksiya işlərinə ehtiyac yaranıb:
“Bunu nəzərə alaraq, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib və nöqsanlar dərhal aradan qaldırılır”.